Qurban Qurbanov mətbuat konfransında çıxış edib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Kubokunun final matçından öncə keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov danışıb. O, "Zirə"yə qarşı oyunun asan olmayacağını deyib:
"Zirə" çempionatın 2-ci komandasıdır. Bizə qarşı rahat oynayacaqlar. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına psixoloji hazırlaşmaq lazımdır. Final oyunlarına fərqli yanaşıram. Çempionatın sonunda futbolçuların fiziki formalarını saxlamasını tələb etmək düzgün deyil".
O, həmçinin qapıda Andrey Lunyova şans verəcəyini bildirib.
Azərbaycan Kubokunun final matçı sabah, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.