Bu gün Teymur Rəcəbov ABŞ şahmatçısı ilə görüşəcək. Bu haqda 27 iyun tarixində Bakuplus.az məlumat verib.
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq və ağ fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bundan əvvəlki oyunlarda Teymur Rəcəbov Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 8 turdan sonra Rəcəbov Firuzca və Duda ilə birlikdə hərəyə 3 xalla 6-8-ci yerləri bölüşür.