Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinqləri açıqlayıb. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Sıralamaya əsasən, Teymur Rəcəbov ilk 10-luğa düşməyi bacarıb. O, 2747 xalla 10-cu pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qalıb.
Qədir Hüseynov siyahıda 83-cü, Rauf Məmmədov isə 100-cü yerdədirlər.
Siyahıya həmişəki kimi, Norveçli Maqnus Karlsen başçılıq edir. Onun 2852 xalı var.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 22-ci, Ülviyyə Fətəliyeva 42-ci, Gövhər Beydullayeva 61-ci, Xanım Balacayeva 70-ci, Gülnar Məmmədova 88-ci yerdə qərarlaşıblar.
Ötənaykı reytinqlə buradan tanış ola bilərsiniz.