top
Vidadi Rzayev 20 il əvvəlki qələbədən danışdı – Erməniləri necə məğlub etdik?
21 yanvar 2025, 04:42
- ↺ +

Vidadi Rzayev 20 il əvvəlki qələbədən danışdı – Erməniləri necə məğlub etdik?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə də daha fərqli hisslər keçirərdik.

Bunu Report.az-a açıqlamasında “Neftçi”nin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev 20 il öncə Rusiyanın paytaxtı Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finaında qarşılaşdıqları Ermənistanın “Pünik” klubu ilə matçla bağlı xatirələrini bölüşərkən deyib.

Veteran futbolçu Ermənistan təmsilçisinə qarşı oyundan əvvəl komandaya mükafat söz verildiyini söyləyib:

“Oyundan əvvəl həyəcanlı idik, lakin xüsusi tapşırıq verilməmişdi. Çünki qarşıya yalnız bir məqsəd qoymuşduq - qələbə qazanmaq. Başqa heç nə ola bilməzdi. Sağ olsunlar, yaxşı mükafat söz vermişdilər. Sadəcə, qalib gəlmək lazım idi. Futbol artıq ikinci planda idi, oyuna siyasi cəhətdən də xüsusi yanaşırdılar. Çünki torpaqlarımız ermənilərin işğalı altında idi. Həyəcandan gecə yata bilmirdik, gözümüzə yuxu getmirdi, ancaq səhərki oyunu düşünürdük. Əsəblər pik həddə idi. Çünki onlar da həmin mərhələyə qədər gəlmişdilər və udsaydılar, yarımfinala vəsiqə qazanacaqdılar”.

Millinin sabiq üzvü qazandıqları qələbənin şirin olduğunu vurğulayıb:

“Həmin vaxt torpaqlarımızın 20 faizi işğal altında idi və düşmənlə üz-üzə gəlirdik. Buna görə də qələbə şirin gəldi. Şükür ki, 44 günlük Vətən müharibəsində də qalib gəldik. Bu komanda üzərində indi qələbə qazansaydıq, bəlkə daha fərqli hisslər keçirərdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

V.Rzayev məğlub olacaqları təqdirdə Rusiyadan birbaşa Gəncəyə qayıtmağı və karyerasını bitirməyi düşündüyünü deyib:

“37 yaşım var idi, karyeramın sonuna yaxınlaşırdım. Təsəvvür edin, karyeramı ermənilərə məğlub olaraq bitirə bilərdim. Təxminən 25 ilə yaxın futbol oynadıqdan sonra yaşıl meydanlarla bu şəkildə vidalaşmaq ölümə bərabər idi, biabırçılıq olardı. Karyeramda qara ləkə kimi qalacaqdı. İnanın, hətta özümə marşrut da cızmışdım. Uduzsaydıq, Bakıya qayıtmayacaqdım, birbaşa Gəncəyə bilet alacaqdım və karyeramı bitirəcəkdim. Bunu uşaqlara da demişdim. Həmin vaxt “Pünik”in 6-7 futbolçusu Ermənistan yığmasında oynayırdı. Pis komanda deyildi. Allah qismət etdi, ikinci qolu mən vurdum. Bundan sonra “Birlik Kuboku”nun marağı qalmadı. “Pünik” ikinci dəfə yenə “Neftçi”yə rəqib olmuşdu. Lakin oynamadılar, turnirdən imtina etdilər və qaçıb getdilər. Bu məğlubiyyətə görə onları çox pis qarşılamışdılar. Təsəvvür edin, biz məğlub olsaydıq, nələr baş verərdi”.

Qeyd edək ki, 2005-ci il yanvarın 19-da baş tutan görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

Oxşar xəbərlər