“Zirə”nin legioneri Stefan Aka Bakıdan danışıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kot d’İvuardan olan müdafiəçinin sözlərinə görə, o, Bakıda çox xoşbəxtdir və işləri yaxşı gedir. Həmçinin Stefan Aka qeyd edib ki, klubun əksər matçlarında meydana çıxır və hazırda “Zirə” Premyer Liqada birinci yerdədir.
Stefan Aka cari mövsümdə komandasının Premyer Liqadakı 7 oyununda iştirak edib.