Bakının Sabunçu Tibbi Mərkəzində həkimlər 13 gün komada olan yeniyetmə qızı xilas ediblər. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Yevlaxda 13 yaşlı Rəvanəni yük maşını vurandan sonra o, Bakıya aparılıb və reanimasiyada süni tənəffüs aparatına qoşulub. Yeniyetmə iki həftə komada qaldıqdan sonra ayılıb.
O, artıq reanimasiyadan adi palataya köçürülüb və müalicəsi davam etdirilir.