Sabunçu rayonu Raman qəsəbəsində oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu haqda bu gün, 16 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
9 oktyabr tarixində Bakı şəhər sakinləri M.Hüseynov, T.Qurbanov və R.Tağıyev 2.000 manat dəyərində tikinti alətləri, eləcə də 480 metrlik naqil oğurlamaqda şübhəli bilinirlər.
Həmçinin, tutulan zaman onların üzərindən metamfetamin və heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, Xəzər Rayonunda silsilə oğurluq edən şəxs saxlanılmışdır.