Bakının “20 Yanvar” dairəsi adlanan ərazisində intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Dövlət Yol Polisinin İnstagram səhifəsinə istinadən məlumat verir.
Naməlum gənc ərazidə olan yol ötürücüsünə çıxaraq oradan özünü atmaq istəyib. İntihar cəhdinin qarşısı yaxınlıqda olan yol polisi əməkdaşları və sadə vətəndaşlar tərəfindən alınıb.
Kişinin bu əməli hansı səbəbdən törətdiyi barədə məlumat yoxdur.
View this post on Instagram