Nəsimi rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 3-cü mikrorayon dairəsində baş verib. 31 yaşlı Eşqin Əbilov sərxoş vəziyyətdə avtomobil yolunu keçərkən yıxılıb. Bu zaman “Prius” markalı nəqliyyat vasitəsi piyadanı vurub. Nəticədə o, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_115345" align="alignnone" width="640"]
Foto APA.az saytı[/caption]