Nəsimi rayonunda 2 maşın qəzaya düşüb. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 3-cü mikrorayon ərazisində baş verib. “Hyundai” markalı avtomobil dairədə hərəkətdə olan zaman “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_125688" align="alignnone" width="640"]
Foto APA.az[/caption]