Bakıda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
37 yaşlı Teyyub Piriyev “Yamaha R15” markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çarpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.