Bakının Nizami rayonu, 8-ci km bazarında reydlər keçirilib. Bu haqda bu gün, 2 mart tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Yoxlama zamanı bazarda Məhəmməd Quliyevin 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarını satması məlum olub. Həmçinin məlum olub ki, Quliyev və “Sevilən Ad” MMC-yə məxsus ərzaq məhsullarının satışı obyektlərinin qida təhlükəsizliyi qeydiyyatı olmadan işlədiyi müəyyən edilib.
Satılan məhsullar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib, obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib.