Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində qeydə alınıb. “Daewoo” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 işıqfor dirəyi yararsız hala düşüb, 1 nəfər yüngül xəsarət alıb.
Təfərrüatlar araşdırılır.