Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun 8 Noyabr prospektində baş verib. “Mercedes-Benz” markalı avtomobil “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki maşına ziyan dəyib, yolda tıxac yaranıb. Xəsarət alan olmayıb.
Təfərrüatlar araşdırılır.