Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 8 Noyabr prospektində baş verib. 30-35 yaşlı qadın piyada keçidinin altından avtomobil yolunu keçən zaman onu Anar Bayramovun idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsi vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.