Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində avtomobil çuxura düşüb. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman su borularının yenilənməsi üçün qazılan xəndəyə düşüb. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Avtomobil quyudan kran vasitəsilə çıxarılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_51494" align="alignnone" width="800"]
Foto Apa.az[/caption]