Bakının Xətai rayonu, 8 Noyabr prospektində gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
“BMW” markalı avtomobil əvvəlcə “Nissan” markalı avtomobilə, daha sonra yol kənarında olan maneələrə çarpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin təfərrüatı araşdırılıb.