Bakının Xətai rayonu, 8 Noyabr prospektində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
52 yaşlı İrina Rıbalka avtomobil yolunu keçmək istəyən zaman onu avtomobil vurub. Qadın xəstəxanaya aparılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.