Cavanşir Abdullayevi öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
Bu gün Xəzər rayonu, Şağan qəsəbəsində baş vermiş qətldə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev saxlanılıb. O, polis bölməsinə gələrək təslim olub.
Verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
16:59 - Şağanda "Revolver" tipli silah ilə qətl hadisəsi baş verib
Bu gün Bakının Xəzər rayonu, Şağan qəsəbəsində kişi "Revolver" tipli silah ilə öldürülüb. Bu haqda 1 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, saat 16:00 radələrində 53 yaşlı Cavanşir Abdullayev ov tüfəngi ilə qətlə yetirilib.
Hazırda cinayət əməlini törədən şəxs axtarılır.