Xəzər rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Şağan qəsəbəsində baş verib. 18 yaşlı Əlisakit Məmmədov küçədə qohumu tərəfindən ürəyindən bıçaqlanıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.