Paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yarımtikili evin həyətindən 2500 manat dəyərində inşaat materialları oğurlanıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Bakı sakini Cavanşir Allahverdizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.