Abşeronda quldurluq edən Bakı sakini 18 oktyabr tarixində saxlanılıb. Bu haqda avtosfer.az xəbər verib.
Oktyabrın 16-da Abşeron rayonunda naməlum şəxs Xırdalan şəhər sakini Y.Həsənovadan pul oğurlayıb. Onun sözlərinə görə, mindiyi taksinin sürücüsü onu bıçaqla hədələyib və 47 manat pulunu alıb.
Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov tutulub.
Faktla bağlı araşdırma davam edir.