Abşeron rayonunda gənc oğlan intihara cəhd edib.
Reporta istinadən Masazır qəsəbəsində 25 yaşlı Bəhruz Həsənov özünü bıçaqla öldürmək istəyib. Yaralı qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş və cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub.
İntihara cəhd səbəbi bilinmir. Faktla bağlı araşdırma davam edir.