Ötən gün Şabran rayonunun Pirəbədil kəndi ərazisində hotel işçiləri qəzaya düşüblər. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
“VAZ-2106” və “Nissan X-Trail” markalı minik avtomobillərinin toqquşması nəticəsində "Şabran Hotel"in işçiləri – Əlisahib Zeynalov, Cəmil Vəliyev, Elmir Sərdarov, Cavad Zeynalov və Elxan Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Daha sonra məlum olub ki, Cəmil Vəliyevin vəziyyəti ağırlaşıb, bu səbəbdən o, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Onun açıq kəllə-beyin travması aldığı bildirilir.
[caption id="attachment_119440" align="alignnone" width="640"]
Foto Report.az[/caption]