Axtarışda olan şəxs Bakının Suraxanı rayonunda saxlanılıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Samir Məmmədov saxlanılıb.
O, yanvarın 28-də Xocəsən qəsəbəsində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək onun 1384 manat pulunu talayıb.
Faktla bağlı araşdırma aparılır.