Nizami rayonunda piyadanı avtomobil vuraraq öldürüb. Bu haqda 21 fevral tarixində APA məlumat verib.
Bəkir Çobanzadə küçəsində “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev şadlıq sarayından çıxan 60-65 yaşlı kişini vurub. Piyada aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.
Məlum olub ki, vurulan piyada bəyin dayısı olub. Sürücü R.Əliyev saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
[caption id="attachment_34246" align="alignnone" width="800"]
Foto Apa.az saytından[/caption]