Suraxanı rayonu, Aeroport şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə soşenin Suraxanı qəsəbəsi ərazisində olan hissəsində baş verib. “VAZ-2106” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və “Nissan” markalı maşına çarpılıb. Sonuncu isə yol kənarındakı dəmirə dəyib. Nəticədə “Nissan”ın sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_105482" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]