Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində, “Buta Palace”-ın yaxınlığında avtoqəza baş verib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az xəbər verir.
“Mercedes Viano” markalı nəqliyyat vasitəsi “Renault” markalı avtomobilə arxadan çırpılıb. Yolda qalan mikroavtobusun sərnişinləri digər nəqliyyat vasitəsinə mindirilərək yola salınıb.
Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Təfərrüatlar araşdırılır.