Sabunçu rayonunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Aeroport yolunda qeydə alınıb. “BMW” və iki “Mercedes” markalı minik avtomobilləri bir-biri ilə toqquşub. Nəticədə 1 nəfər yüngül xəsarət alıb, ərazidə sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_132829" align="alignnone" width="640"]
Foto APA.az[/caption]