Aeroport şosesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində zəncirvari qəza baş verib. Üç nəfər xəsarət alıb. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Nurlan Hidayətzadənin idarə etdiyi “BMW” markalı maşın idarəetmədən çıxaraq eyni istiqamətdə olan “Mercedes” markalı avtomobilə çarpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi daha üç avtomobilə dəyib.
“Mercedes”də olan sərnişinin boyun sümüyü sınıb. Həmçinin “Mercedes” və “BMW”nin sürücüləri də xəsarət alıblar.
Qəza nəticəsində hazırda şosenin Əmircan qəsəbəsi ərazisindən Beynəlxalq Hava Limanına qədər olan istiqamətdə tıxac yaranıb.