Paytaxtın Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən yolda 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər - 47 yaşlı Zaur Bağırov, 30 yaşlı Nicat Əliyev və 27 yaşlı Samir Məmmədov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.