Paytaxtın Xəzər rayonunda xəsərətlərlə nəticələnən zəncirvari qəza baş verib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Aeroport yolunda yüksək surətlə hərəkətdə olan “Chevrolet” markalı maşının qarşısına köməkçi yoldan avtomobil çıxaraq qəzaya səbəb olub. Toqquşma nəticəsində daha iki avtomobilə ziyan dəyib.
Dörd avtomobilin toqquşmasının nəticəsində 2 nəfər yaralanıb. Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Nəqliyyat vasitələri yoldan götürülüb. Hadisə ilə bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.
[caption id="attachment_144339" align="alignnone" width="640"]
Foto APA.az[/caption]