Aeroport yolunda qəza baş verib. Bu haqda 16 iyun tarixində BAKU.WS məlumat verib.
Aeroport yolunun Binədən keçən hissəsində "Renault" və "Volkswagen" markalı avtomobillər toqquşub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.