Əməkdar artist xəstəxanaya yerləşdirilib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Kübra Əliyevanın səhhətində problem yaranıb. Aktrisanın sözlərinə görə, o, bir neçə gündür diz ağrılarından əziyyət çəkirdi və müalicə almaq qərarına gəlib. Əməkdar artist əlavə edib ki, şiddətli ağrılar çoxlu pilləkən qalxdıqdan sonra yaranıb.