Paytaxtın Sabunçu rayonu, Maştağanın Albalılıq yaşayış massivində ailə-məişət zəminində kişi bıçaqlanıb. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
36 yaşlı Elman Xəlilovu qızı bıçaqlayıb. Yaralı qarınının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Əməldə şübhəli bilinən qız saxlanılıb, fakt araşdırılır.