Bakının Səbail rayonunda partlayış baş verib. “Alov qüllələri” binasının qarşısındakı sütunda qaz borusu partlayıb. Nəticədə iki nəfər xəsarət alıb.
Hadisə qaz xəttində qaz sızması nəticəsində baş verib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Partlayış nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar nazirliyinin əməkdaşları cəlb olunub.
[URIS id=22545]