Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
67 yaşlı Zamin Rəsulovun xəstəlikdən öldüyü bildirilir.
Rəsulov həyat yoldaşını öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Maştağa qəsəbəsində o, həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovaya iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirərək onu xüsusi amansızlıqla öldürüb. Qətlin pul üstündə və qızının gözü qarşısında törədildiyi bildirilir.