Bakıda cibgirlikdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxt ərazisində ayrı-ayrı vaxtlarda marşrut avtobusları və metro stansiyalarında ümumilikdə 4 nəfərin mobil telefonları oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 53 yaşlı Muraz Bayramov saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.