Avtobusun vurduğu piyada 5 gün sonra ölüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə 25 yanvar tarixində Xətai rayonunun NZS qəsəbəsində yerləşən "Ulduz" marketinin qarşısında baş vermişdi. 76 yaşlı İrina Rzayeva avtomobil yolunu keçən zaman onu Famil İsgəndərov “BMC” markalı avtobusla vurub.
Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.