Polis paytaxtın Qaradağ və Nəsimi rayonlarında avtomobillərdən oğurluq edənləri saxlayıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.