Bakıda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən şəxs saxlanılıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Cari il ərzində analoji oğurluqlarla bağlı DİN-də 11-dən artıq müraciət qeydə alınıb. Bu cür əməlləri törətməkdə şübhəli bilinən 24 yaşlı Qəhrəman Hüseynov məsuliyyətə cəlb edilib. O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.
Hüseynov barəsində toplanan materiallar məhkəməyə göndərilib, o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Onun analoji əməllərdə iştirakı istisna edilmir. Qəhrəman Hüseynovun əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.