Qanunsuz silah saxlamaqda şübhəli bilinən Müseyib Ələsgərov iyulun 27-də özünü “Maşın bazarı”nda qumbara ilə partladaraq öldürüb. Dörd polis əməkdaşı xəsarət alıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Hadisə Səbail rayonunun Badamdar qəsəbəsində qeydə alınıb.
Ələsgərov əvvəllər narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuşdur.