Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus məntəqədən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Yanvarın 1-də Qaradağ RPİ 10-cu Polis Bölməsinə verilən məlumata görə, “Azərişıq” ASC-yə məxsus məntəqənin həyətindəki saxlanc yerindən yağ açarları və ehtiyat avadanlıqları oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən D.Kərimli saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən transformatordan 7 ədəd mis lövhə və “Azərişıq” ASC-yə məxsus yağ açarları, mis şinlər və ehtiyat avadanlıqları oğrladığı da müəyyən olunub. Fakt araşdırılır.