Nəsimi rayonunda əcnəbi vətəndaş yol qəzasına düşüb. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Azadlıq prospektində baş verib. Avtomobil yolunu keçən Səudiyyə Ərəbistanından olan 27 yaşlı Kihani Marvaş Muhammad oğlunu nəqliyyat vasitəsi vurub.
Nəticədə yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.