Bakının Nəsimi rayonunun Azadlıq prospektində iki sərnişin avtobusu toqquşub. Bu haqda bu gün, noyabrın 28-də Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
85 saylı marşrut üzrə hərəkət edən “Faiqoğlu MMC”yə məxsus sərnişin avtobusu 88 saylı marşrut üzrə hərəkət edən “Bakubus”a çarpılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.