Paytaxtın Səbail rayonu “Azneft” dairəsi yaxınlığında zəncirvari qəza baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az xəbər verir.
Hadisə dairədən İstiqlaliyyət küçəsi istiqamətində olan hissədə - Niyazi küçəsində baş verib. “Kia” markalı nəqliyyat vasitəsi yolun əks istiqamətinə çıxaraq öncə “Hyundai” markalı avtomobilə, daha sonra isə “Toyota” markalı nəqliyyat vasitəsilə toqquşub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=96752]