Səbail rayonu, Neftçilər prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Changan” markalı maşının sürücüsü Niyazi küçəsi ilə hərəkətdə olan zaman Azneft dairəsinə bir başa daxil olub. Bu zaman o, dairədə olan “BMW”-yə çarpılıb. Nəticədə “Changan”ın sürücüsü və sərnişini xəsarət alıblar.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.