Paytaxt ərazisində azyaşlı qəzaya uğrayıb.
Bakuplus.az Report-a istinadən xəbər verir ki, Xətai rayonunda iki avtomobil toqquşub. Qəza nəticəsində 7 yaşlı uşaq N.Bağırlı xəsarət alıb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.