Bakıda yeniyetmə qızları fahişəliyə cəlb edən qadın polis tərəfindən saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində Qafqazinfo məlumat verib.
Verilən məlumata görə, Səidə Məmmədova yetkinlik yaşına çatmamış altı nəfər qızı fahişəliyə cəlb edib.
Onun barəsində Cinayət Məcəlləsinin “Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə” maddəsi ilə cinayət işi açılıb və başqa yerə getməmək qətimkan tədbiri seçilib.
İstintaq başa çataraq materialları Yasamal Rayon Məhkəməsinə göndərilib. Proses Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək.