Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bülbülə qəsəbəsində baş verib. Mehriban Abbasova avtomobil yolunu keçən zaman Ülfət Namazov idarə etdiyi “Paz” markalı nəqliyyat vasitəsilə onu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.